Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasını TOPLADI

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısı keçirilib. 

Yenixeber.org:  İclasa ölkə prezidenti Volodimir Zelenski sədrlik edib. 

"Birincisi, insanların təhlükəsizliyidir. Ukraynada sığınacaqlarının dörddə biri, Kiyevdə isə üçdə biri istifadəyə yararsızdır. Bütün mühafizə strukturları lazımi vəziyyətə gətirilməlidir. İkincisi məhkəmələrdir. Biz Aİ ilə sıx əməkdaşlıqda məhkəmə islahatlarını davam etdiririk. Biz ədliyyə sistemində korrupsiyaya görə cəzaları sərtləşdiririk. Biz ayrı-ayrılıqda xarici və daxili investisiyaların məhkəmələrdə müdafiə mexanizmi üzərində işləyirik. Üçüncüsü, gələcəyimiz Aİ ilə bağlıdır. Biz Avropa tövsiyələrinin yerinə yetirilməsi üzrə işi sürətləndiririk”, - Zelenski bildirib. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam