Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Fransa aviaşirkəti Afrikanın üç ölkəsinə uçuşu dayandırıb

Fransanın mili aviadaşıyıcısı Fransa Hava Yolları (“France Air”) Niger, Burkino-Faso və Malinin paytaxtlarına - Niamey, Uaqaduqu və Bamakoya uçuşları dayandırıb.

Yenixeber.org:  Bu barədə aviaşirkətin nümayəndələri məlumat veriblər.

Bildirilib ki, Niameyə uçuşlar növbəti xəbərdarlığa qədər dayandırılıb, Uaqaduqu və Bamakoya uçuşlar isə avqustun 11-dək ləğv edilib.

Aviaşirkətdən vurğulanıb ki, Niger üzərində hava məkanının bağlanması səbəbindən uçuş planlarına yenidən baxmağa məcburdur. Bu, Afrikanın bir neçə ölkəsinə uçuşların müddətinin 15 dəqiqədən iki saata qədər uzanmasına səbəb olacaq.

Qeyd edək ki, iyulun 26-da Nigerdə hakimiyyət çevrilişi olub. Burkino-Faso və Mali Nigerə istənilən hərbi müdaxiləni özlərinə qarşı müharibə kimi qiymətləndirəcəklərini bildiriblər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam