Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ermənistanın müdafiə naziri sülhməramlıların yeni komandanı ilə görüşüb

Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukov və Qarabağdakı sülhməramlı qüvvələrin yeni komandanı, general-mayor Kirill Kulakovla görüşüb.

Yenixeber.org: Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistanın müdafiə naziri general-mayor Krill Kulakova sülhməramlı missiyanın həyata keçirilməsində uğurlar arzulayıb.

S.Papikyan 9 (10) noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərinin ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl K.Kulakov Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb. O, avqustun sonunda Aleksandr Lentsovu Qarabağdakı Rusiya sülhməramlılarının komandanı postunda əvəzləyib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam