Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Bu il Qədr gecələri nə vaxta düşür? -TƏQVİM

 

Ramazanda ən çox verilən suallardan biri də Qədr gecəsi ilə bağlıdır. Əksər İslam alimləri Qədr gecəsinin Ramazanın son 10 gününə təsadüf etdiyini vurğulayırlar. Bu Gecənin fəziləti haqqında Qurani-Kərimin “Qədr” surəsində ətraflı bəhs edilir. Hətta bu gecənin Allah qatında min aydan xeyirli olduğu vurğulanır.

Yenixeber.org: Məhəmməd Peyğəmbər (s) buyurub: "Qədr gecəsini Ramazanın son on gecəsinin tək gecələrində - ayın axırına doqquz, yaxud yeddi, yaxud da beş (gecə) qalmış axtarın".

Qədr gecələrində müsəlmanların ayıq-sayıq qalıb ibadət etdiklərinə görə bu gecələrə həm də “əhya gecələri” deyilir. Qeyd edək ki, “əhya” – ərəb dilində oyaq, diri qalmaq mənasını daşıyır.

Peyğəmbər (s) həmin gecənin dəqiq vaxtını bizə söyləməyib. Bunda məqsəd yəqin ki, daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. 

Xatırladaq ki, bu il Orucluq martın 11-də başlayıb.

Qədr gecəsi Allahın kitabının - Quranın nazil olduğu gecədir. 

Qafqaz Müsəlmanları İdarəsinin bu il üçün tərtib etdiyi Ramazan təqviminə görə, Qədr gecələri martın 28-nə, 30-na, aprelin 1-nə və 5-nə düşür.

Aprelin 10-u və 11-i Fitr bayramıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam