Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

 

Azərbaycanda analıq məzuniyyəti sistemi hazırda 183 nömrəli konvensiyaya uyğundur. Bu uyğunluq analıq məzuniyyətinin müddətini, analığa görə pul müavinətlərini, sosial sığorta təminatını, ayrı-seçkiliyə yol verilməməsini əhatə edir.

Yenixeber.org xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) gender bərabərliyi və ayrı-seçkiliklə mübarizə üzrə mütəxəssis Özge Berber Agtaş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində “Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə” mövzusunda qiymətləndirmənin əsas nəticələri ilə bağlı çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda atalıq məzuniyyəti (14 günlük, ödənişsiz), uzunmüddətli qayğı məzuniyyəti və təxirəsalınmaz məzuniyyət (ödənişsiz) ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən addımlara ehtiyac var.

Onun sözlərinə görə, Azərbaycan BƏT-in “Analığın müdafiəsi haqqında” 183 nömrəli və “Ailə vəzifələri olan işçilər haqqında” 156 nömrəli Konvensiyasını təsdiq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam