Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb- FOTO

 

Azərbaycanın Baş naziri Əli Əsədov Efiopiyanın baş nazir müavini Temesgen Tirune qəbul edib.

Yenixeber.org: Bu barədə Efiopiyanın Türkiyə və Azərbaycandakı səfiri Adəm Məhəmməd Mahmud 

sosial şəbəkədə bildirib.

“Baş nazirin müavini Zati-aliləri Temesgen Tirune və Azərbaycanın Baş naziri Zati-aliləri cənab Əli Əsədov qarşılıqlı maraq doğuran müxtəlif ikitərəfli və çoxtərəfli məsələləri müzakirə ediblər. Hər iki tərəf iki ölkə arasında əməkdaşlığın bütün sahələrində onsuz da möhkəm olan münasibətlərin genişləndirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar”.

Səfirin sözlərinə görə, görüşdə “hər iki ölkənin tərəfdaşlıq əlaqələrini gücləndirmək və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək öhdəliyi bir daha təsdiqlənib”.

“Əməkdaşlıq üçün yeni imkanların araşdırılması və iki xalq arasında mövcud dostluq və etimadın təməli üzərində qurulması üçün səylərin göstəriləcəyi razılaşdırılıb. Hər iki tərəf tərəfdaşlıq münasibətlərini yeni zirvələrə çatdırmaq əzmində olduqlarını bildiriblər”, – diplomat qeyd edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam