Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Gürcüstanda siyasi vəziyyəti dəyişməyin yeganə yolu seçkidən keçir

Gürcüstan Prezidenti Salome Zurabişvili

           “Gürcüstanda yaranmış gərgin siyasi vəziyyəti dəyişməyin yeganə yolu seçkidən keçir”

Yenixeber.org: Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili yerli mətbuata deyib.

O vurğulayıb ki, hökumətin təqdim etdiyi xarici agentlərlə bağlı qanuna mütləq şəkildə veto qoyacaq.

Zurabişvilinin sözlərinə görə, 30 il ərzində ölkəsinə dəstək göstərən qüvvələri agent adlandırmaq ölkənin Avropa İttifaqına yolunu bağlayır və heç bir məntiqə sığmır:

"“Gürcü arzusu” partiyasının xarici agentlərlə bağlı təqdim etdiyi layihə dost Avropa ilə münasibətlərimizə ciddi xələl gətirir. Bu qanuna sərf etdiyimiz vaxtı daha səmərəli işlərə ayıra bilərik. Ölkədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyə yalnız seçki qadirdir. Avropa İttifaqı rəsmiləri təkcə küçələrə çıxan deyil, həm də seçkiyə gedən əhalinin səsini eşitməlidir. Mən qanuna veto qoysam da, bu simvolik xarakter daşıyacaq və hökumət vetonu adlayıb sənədi qəbul etdirəcək”.

Xatırladaq ki, Gürcüstan parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.(“1tv.ge”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam