Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Pakistan Prezidenti: Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə güclü dəstək verməkdə davam edəcəyik

Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub və ölkənin suverenliyinə, ərazi bütövlüyünə güclü dəstək verməkdə davam edəcək.

Yenixeber.org-un xəbərinə görə, bu fikirlər Pakistan Prezidenti Asif Əli Zərdarinin Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə ünvanladığı 

təbrik məktubunda qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, son 30 ildə ölkələr arasında qardaşlıq münasibətləri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlıq əsasında möhkəmlənib:

"Bu müsbət tendensiyanı davam etdirmək və ikitərəfli əlaqələri yeni zirvələrə yüksəltmək niyyətindəyik. Zati-alinizin Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində şəxsi səylərini və qətiyyətini yüksək qiymətləndirirəm. Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Cənab Prezident, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və firavanlıq diləyirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam