Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

İsmayıl Hakkı Polat: “İstanbul hava limanı GES tikintisinə 200 milyon avro sərmayə qoyacaq”

İstanbul hava limanı bu il 200 meqavat gücündə günəş elektrik stansiyasının (GES) tikintisinə 200 milyon avro sərmayə qoyacaq.

Yenixeber.org xəbər verir ki, bunu İstanbul Hava Limanının IGA planlaşdırma direktoru İsmayıl Hakkı Polat Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti və Azərbaycan Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatının (CANSO) 28-ci illik ümumi iclasında deyib.

Onun sözlərinə görə, İstanbul hava limanı bütün elektrik istehlakını günəş enerjisi ilə qarşılayan dünyada ilk hava limanı olacaq.

O qeyd edib ki, dayanıqlı inkişaf İstanbul hava limanının inkişafında əsas amildir: “Enerji istehlak edən hava limanı əvəzinə, onu istehsal edən hava limanına çevrilmək istəyirik”.

Qeyd edək ki, İstanbul aeroportu hazırda Türkiyənin və Avropanın ən böyük hava limanıdır. Bu beynəlxalq hava limanı 2019-cu ilin aprelində istifadəyə verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam