Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

BMT: May ayından bəri 1 milyona yaxın fələstinli Qəzza zolağından məcburi köçürülüb

 

İsrailin may ayında Rəfahda əməliyyatı aktivləşdirməsindən sonra Qəzza zolağında 1 milyona yaxın fələstinli yenidən məcburi köçkün vəziyyətinə düşüb.

Yenixeber.org xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Cenevrədə fəaliyyətə başlamış BMT İnsan Hüquqları Şurasının 56-cı sessiyasında rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında hesabatı təqdim edərkən bildirib.

“Qəzzada münaqişə tərəflərinin beynəlxalq insan haqları və humanitar qanunlara məhəl qoymamasından dəhşətə gəlmişik. Mayın əvvəlində İsrailin Rəfahda hərbi əməliyyatını gücləndirdiyi vaxtdan bəri 1 milyona yaxın fələstinli yenidən məcburi köçkün vəziyyətinə düşüb, yardımın çatdırılması və onlara çıxış imkanları daha da pisləşib. Digər tərəfdən, fələstinli silahlı qruplaşmalar bəzi hallarda əhalinin sıx məskunlaşdığı ərazilərdə çoxlu sayda girovu saxlamağa davam edərək onları və Fələstinin mülki əhalisini daha böyük risk altında saxlayır”, - o deyib.

BMT-nin insan hüquqları üzrə ali komissarı vurğulayıb ki, girovlar azad edilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam