Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri: COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğuru təkcə Azərbaycanın uğuru olmayacaq, bu tədbir ümumilikdə COP-a inamı gücləndirəcək.

Yenixeber.org xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri Mariya Fernanda Espinosa Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.

“Biz “təşviqedici COP”, “'inklüziv COP”, “maliyyə COP” sözlərini eşitmişik. Məncə, bu üç meyar COP29-un gözlənilən uğurunun əsasını təşkil edir”, - o bildirib.

Sədr qeyd edib ki, yüksək səviyyəli görüşün iştirakçıları COP29-un uğurunun bir hissəsi və səfirləri olmaq istəyirlər.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayında Bakıda keçiriləcək. Bu barədə qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam