Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Ukraynanın enerji obyektləri vurulub

rusiya-ordusu-ukraynanin-enerji-obyektlerine-zerbe-endirib

Rusiya Ukraynanın enerji obyektlərinə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə qrup şəklində zərbə endirib.

Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kiyev rejiminin Rusiyanın enerji obyektlərinə ziyan vurmaq cəhdlərinə cavab olaraq, Rusiya Federasiyası Silahlı Qüvvələri Ukrayna enerji obyektlərinə, Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi texnika istehsalını təmin edən obyektlərə yüksək dəqiqlikli uzaqmənzilli havadan buraxılan silahlar, eləcə də pilotsuz uçuş aparatları ilə qrup şəklində zərbə endirib. Qeyd olunub ki, bütün təyin edilmiş hədəflər vurulub.

Rusiya MN Ukrayna tərəfinin müharibə başlayandan indiyə kimi verdiyi itkiləri də açıqlayıb.

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 613 təyyarəsi, 276 helikopter, 26 008 pilotsuz uçuş aparatı, 531 zenit-raket kompleksi, 16 385 tank və digər zirehli döyüş texnikası, 1346 çoxsaylı döyüş maşını və raket sistemləri, 10 665 səhra artilleriya qurğusu və minaatan, həmçinin 22 726 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib", deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam