Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Türkiyənin sabiq xarici işlər naziri VƏFAT EDİB-FOTO

 

Türkiyənin sabiq xarici işlər naziri, təqaüdçü diplomat Yaşar Yakış 85 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Yenixeber.org xəbər verir ki, 1938-ci ildə Düzcedə anadan olan Yaşar Yakış ilk xaricə təyinatında Antverpen Baş Konsulluğuna konsul köməkçisi olub.

Yakış həmçinin Laqos, Roma və Dəməşqdəki səfirliklərdə, NATO-nun Brüsseldəki Daimi Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.

Yakış 1985-ci ildə İslam Konfransı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin sədri olaraq Türkiyə Prezidentinə katiblik xidmətləri göstərmək üçün yaradılmış COMCEC Koordinasiya Şurasını yaradıb və ona rəhbərlik edib.

Yakış 2001-ci ildə Xarici İşlər Nazirliyindən təqaüdə çıxıb və AKP-nin qurucu üzvü kimi siyasətə daxil olub. O, eyni zamanda AKP sədrinin müavini və Mərkəzi İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. Yakış 3 noyabr 2002-ci ildə keçirilən seçkilərdə Düzcedən millət vəkili seçilib, 18 noyabr 2002-ci ildə isə xarici işlər naziri vəzifəsinə təyin edilib.

AKP hakimiyyətinin ilk XİN başçısı olan Yaşar Yakış 28 mart 2016-cı ildə partiyadan xaric edilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam