Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Hakan Fidan HƏMAS rəhbərliyi ilə görüşdü -FOTOLAR

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimində iştirak etmək üçün Qətərin paytaxtı Dohaya səfər edib.

Yenixeber.org xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bildirilir ki, o, səfər çərçivəsində HƏMAS liderinin müavini Xalid Maşal və İsmayıl Haniyənin oğulları Abdüsselam və Hemmam Haniyə ilə görüşərək başsağlığı verib.

Qeyd edək ki, ötən gün İ. Hamiyə ilə Tehranda vida mərasimi baş tutub. O bu gün Dohada dəfn olunacaq.

Xatırladaq ki, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan İ. Haniyə iyulun 31-də yaşadığı iqamətgaha atılan raket zərbəsi nəticəsində öldürülmüşdü. 2025-ci ildə keçiriləcək seçkilərə qədər HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsini Xalid Maşalın icra edəcəyi bildirilir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam