Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Türkiyədə instaqramla bağlı bu gün görüş olacaq

Türkiyədə artıq dörd gündür instaqrama girişin bloklanması ilə bağlı görüş keçiriləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəsmiləri bu gün instaqramın məsul şəxsləri ilə bir araya gələcəklər.

“Ümid edirik ki, tələblərimizi yerinə yetirmək üçün lazım olanı edəcəklər. Biz müsbət irəliləyişlərin olacağını gözləyirik”, - A. Uraloğlu söyləyib.

Qeyd edək ki, avqustun 2-də Türkiyədə instaqrama giriş qadağan edilib. Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi buna səbəb kimi instaqramın qoyduğu qadağalar arasında yer alan çoxsaylı cinayət paylaşımları ilə bağlı şərtlərə əməl edilməməsini göstərib. Sözügedən paylaşımlar Türkiyədə 2005-ci il iyunun 1-dən qüvvədə olan Cinayət Prosessual Qanunu ilə tənzimlənir və həbs üçün əsas hesab edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam