Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Banqladeşin istefa verən Baş naziri Böyük Britaniyadan sığınacaq istəyib -YENİLƏNİB

Banqladeşin istefa verən Baş naziri Şeyx Hasina Böyük Britaniyadan sığınacaq istəyib.

Yenixeber.org xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Şeyx Hasina Böyük Britaniya vətəndaşlığı olan bacısı ilə Hindistandadır.

13:47

Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib.

Bu barədə xarici KİV məlumat yayıb.

Onun ölkəni tərk edərək Finlandiyaya gedə biləcəyi bildirilir.

Daha əvvəl “France Presse” agentliyi Baş nazirə yaxın mənbəyə istinadən onun və bacısının iğtişaşlar fonunda paytaxt Dəkkədəki rəsmi iqamətgahı tərk edərək daha təhlükəsiz yerə getdiklərini xəbər vermişdi.

“Baş nazir və bacısı daha təhlükəsiz yer tapmaq üçün Qanabhaban Sarayını tərk edib. O, müraciət hazırlamaq istəyib, lakin buna imkanı olmayıb”, - agentlik mənbədən sitat gətirib.

Bu arada, agentliyin məlumatına görə, Baş nazirin ABŞ-da olan oğlu sosial şəbəkələrdə ölkənin təhlükəsizlik qüvvələrini seçilməmiş hökumətin hakimiyyətə gəlməsinə imkan verməməyə çağırıb.

Ayrı-seçkiliyə Qarşı Tələbə Hərəkatının bazar günü başladılan hakimiyyətlə çoxgünlük “əməkdaşlıq etməmə aksiyası”nın elanından sonra ölkə daxilində etirazlar və nümayişlər başlayıb. Hökumət əleyhdarı tələbələr, polis və hökumət tərəfdarları arasında toqquşmalar iğtişaşlara çevrilib.

Xatırladaq ki, Banqladeşin paytaxtı Dəkkədə və ölkənin digər şəhərlərində etirazlar ayrı-seçkiliyə qarşı tələbə hərəkatının bazar günü başladığı aksiyadan sonra daha da kütləvi xarakter alıb. Etirazçılar, polis qüvvələri və hökumət tərəfdarları arasında toqquşmalar daha sonra iğtişaşlara çevrilib.

Son məlumatlara görə, iğtişaşlar nəticəsində azı 300 nəfər ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam