Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Baş nazir SHXÇDX əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar qərar imzalayıb

Baş nazir Əli Əsədov "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında" qərar imzalayıb.

Yenixeber.org xəbər verir ki, qərarla SHXÇDX-nin əməkdaşlarına (Xidmətdən pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi “Hərbi qulluqçuların statusu haqqında” qanunun və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçiriləcək.

Maliyyə Nazirliyinə tapşırılıb ki, qərarın icrası ilə əlaqədar müvafiq vəsaitin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı SHXÇDX-nin DSX ilə razılaşdırılmış təklifləri əsasında DSX-nin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etsin.

Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam