Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını -DAYANDIRDI

 

Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Respublikasının  Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.

Yenixeber.org-un məlumatına görə, o, seçkiqabağı təşviqatda iştirak etmək üçün Azərbaycana gəlib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə açıqlamasında məlumatı təsdiq edib. 

"Səfir qanunvericiliyə əsasən ödənişsiz məzuniyyətdədir. Səfirlikdə müvəqqəti işlər vəkili var",- o deyib.

Qeyd edək ki,  Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. 

O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb. Qanunvericiliyin tələbinə görə, P.Bülbüloğlu deputat seçiləcəyi halda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən istefa verməlidir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam