Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

“Bu, yaxşı rəqəmdir, amma imkanlarımızın potensialına uyğun deyil”

“Moskva və Bakının birgə fəaliyyətinin istiqamətləri çoxdur”.

Yenixeber.org xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə deyib.

Rusiya dövlətinin başçısı qeyd edib: “İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz ki, 4 milyarddan bir az çox (illik əmtəə dövriyyəsi - red.) yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialına uyğun deyil. Həqiqətən burada təkcə energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 127 müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam