Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Gələn həftə səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsi yekunlaşdırılacaq

 

Gələn həftə növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi yekunlaşdırılacaq.

Yenixeber.org xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları MSK-dan onlara verilmiş protokolları səsvermə gününə ən azı dörd gün qalanadək məntəqələrə paylamalıdır.

Təqvim Planında bu müddət 2024-cü il avqustun 28-dək nəzərdə tutulub.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam