Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Rusiya bu il PUA istehsalını ARTIRACAQ

Rusiyada ilk ixtisaslaşmış PUA istehsalı zavodu açılıb

        Rusiya bu il milyon yarıma yaxın PUA istehsal edəcək.

Yenixeber.org: Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

O, 2023-cü ildə Rusiya Silahlı Qüvvələrinə 140 minə yaxın müxtəlif tipli pilotsuz uçuş aparatı verildiyini söyləyib.

Vladimir Putin bildirib ki, bu il PUA istehsalının əvvəlki illə müqayisədə təxminən 10 dəfə artırılması planlaşdırılır.

“Ümumilikdə, 2023-cü ildə Silahlı Qüvvələrə 140 minə yaxın müxtəlif təyinatlı pilotsuz uçuş aparatı verilib. Bu il dronların istehsalının əhəmiyyətli dərəcədə, daha dəqiq desək, təxminən 10 dəfə artırılması planlaşdırılır. Bundan əlavə, pilotsuz sistemlər xətti genişlənir, ekipajsız katerlər, çoxməqsədli tətbiqlər üçün robotlaşdırılmış platformalar yaradılır. Onların əksəriyyəti təmas xəttində yerləşən qoşunlara göndəriləcək”, - deyə Putin vurğulayıb.

Rusiya prezidenti əlavə edib ki, dronların seriya istehsalı üzrə işlər xüsusi mərkəzlərdə aparılacaq, belə mərkəzlərin sayı 48 olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam