Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Ukrayna nümayəndə heyəti Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin üçtərəfli görüşündə iştirak etmək üçün Əbu-Dabiyə yola düşüb.
Yenixeberorg.az xəbər verir ki, bu barədə ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov bildirib.
Görüş noyabrın 10-11-də keçiriləcək.
Umerov qeyd edib ki, Avropa dövlətlərinin, xüsusilə Britaniya, Fransa, Almaniya və İtaliyanın nümayəndələri, eləcə də NATO və Avropa Komissiyasının təmsilçiləri də həmin günlərdə Əbu-Dabidə olacaq. Ukrayna tərəfi onlarla ayrı-ayrılıqda görüşlər keçirəcək.









AZ
RU