Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Avroparlamentdən Gürcüstan çağırışı -Seçkilər saxtalaşdırılsa...

 

Avropa Parlamentinin 30 üzvü Aİ-ni qarşıdan gələn parlament seçkilərinin saxtalaşdırılacağı təqdirdə Gürcüstana qarşı sərt tədbirlər görməyə çağırıb.

Yenixeber.org xəbər verir ki, onlar öz arqumentlərini genişlənmə üzrə Avropa komissarı Oliver Varheliyə göndərdikləri məktubda açıqlayıblar.

“Gürcüstanda keçirilən seçkilər ölkənin demokratiyaya və Avropa dəyərlərinə sadiqliyi üçün kritik sınaq olacaq... Bu seçkilər təkcə Gürcüstanın daxili məsələsi deyil”, - müraciətdə deyilir.

Avropa Parlamentinin deputatları “seçkilər zamanı Gürcüstanın demokratik bütövlüyü pozulacağı” halda Aİ-yə 4 tədbir təklif edir:

- saxtalaşdırma və ya müxalifətin sıxışdırılması zamanı maddi yardımın dayandırılması,

- demokratiyaya zərbə vurmaqda məsul olan yüksək vəzifəli məmurlara qarşı məqsədyönlü sanksiyalar,

- seçkilər beynəlxalq standartlara cavab vermədikdə Gürcüstanın Aİ üzvlüyünə namizədliyinə rəsmi baxış,

- Avropa İttifaqının demokratiya və qanunun aliliyinə dəstəyi haqqında gürcü xalqı ilə aktiv ünsiyyət. İctimai diplomatiya Gürcüstan hökumətinin Brüsselin tənqidini dövlət suverenliyinə hücum kimi qələmə vermək cəhdlərinə qarşı durmalıdır.

Müraciəti AP-nin Yaşıllar, Avropa Mühafizəkarları və İslahatçılar, Sol Partiya, EPP, Yenilənən Avropanı təmsil edən üzvləri, eləcə də müstəqil deputatlar imzalayıb.

Gürcüstanın hakim partiyası buna cavab olaraq, seçkilərdə səslərin 60%-dən çoxunu toplayacağını əvvəlcədən elan edib və müxalifəti sabitliyi pozmaq cəhdlərində ittiham edib.

Qeyd edək ki, Gürcüstanda 26 oktyabrda parlament seçkiləri keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam