Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

“Mübarizəmiz bitməyib”

 

Fransız kəşfiyyatı Afrikadakı müstəmləkə siyasətinə qarşı çıxanlara təzyiqi artırıb.

Yenixeber.org xəbər verir ki, bunu tanınmış fəal, Fransa neokolonializminin əsas tənqidçilərindən biri olan Kemi Seba Azərbaycanın mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

“Fransız kəşfiyyatı daim bizi izləyirdi. Onlar təzyiqlərinin faydasız olduğunu başa düşəndə repressiyalar gücləndi. Onlar hətta bu strategiya çərçivəsində bizdən vətəndaşlığı almaq siyasətini tətbiq etdilər”, - K.Seba qeyd edib.

Onun sözlərinə görə, Fransa yalnız futbol oynayan və ya musiqiçi olan afrikalılara xoş münasibət bəsləyir, ancaq müstəqil fikirlərini ifadə edənlər isə təqiblərə məruz qalırlar.

“Fransız hökuməti fikirlərini sərbəst ifadə edən afrikalıları sevmir. Məni gənc yaşlarımdan - 2005-2006-cı illərdən bəri təqib ediblər. Son illərdə müstəmləkəçiliyə qarşı mübarizəmizin güclənməsi ilə təzyiq artıb. Əvvəlcə Fransa bizə yerlərdəki marionet prezidentləri vasitəsilə hücum etdi, çünki bizdən qorxurdular, indi belə təzyiq hər yerdə həyata keçirilir”, - o vurğulayıb.

Lakin fəal əlavə edib ki, repressiyalara baxmayaraq, fransız müstəmləkəçiliyinə qarşı mübarizə davam edəcək:

“Bu müddət ərzində qurduğumuz sistem müstəmləkəçiliyə qarşı mübarizə zonasına çevrilib. Mübarizəmiz bitməyib, irəli getməyə davam edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam