Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Pakistanlı iqtisadçı: “İqlim dəyişikliyinin fəsadları ölkə iqtisadiyyatına birbaşa təsir göstərir”

 

İqlim dəyişikliyinin fəsadları Pakistan iqtisadiyyatına birbaşa təsir göstərir.

Yenixeber.org xəbər verir ki, bunu Pakistanın Planlaşdırma, İnkişaf və Xüsusi Təşəbbüslər Nazirliyinin baş iqtisadçısı Zafar Ul Hassan Bakıda keçirilən "Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər" mövzusunda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu"nda bildirib.

Onun sözlərinə görə, Pakistan iqtisadiyyatının ¼-i kənd təsərüffatı sahəsinin payına düşür: “Buna görə də iqlim dəyişikliyinin fəsadları ölkə iqtisadiyyatına birbaşa təsir göstərir. Bundan başqa, iqlim dəyişikliyi nəticəsində Pakistanda təbii fəlakətlərin baş vermə tezliyi artıb. Bu, ölkənin çox həssas vəziyyətdə qalmasına səbəb olub”.

O qeyd edib ki, digər tərəfdən, Pakistanın ötən il qəbul etdiyi Milli Adaptasiya Planı "yaşıl iqtisadiyyat"la bağlı addımlar atmağa töhfə verir: “Amma Pakistan qalıq yanacaqlardan çox asılıdır və biz Qlobal İqlim Fondunun maliyyə vəsaitinı çıxış əldə etmək üçün çalışırıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam