Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Co Bayden Paşinyana məktub göndərib:Sülh sazişi Cənubi Qafqaza sabitlik gətirəcək

Bayden Paşinyana məktub göndərib

ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib.

Yenixeber.org: Məktub Paşinyana ABŞ prezidentinin xüsusi köməkçisi Maykl Karpenter və Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlarla bağlı müşaviri Lui Bononun İrəvana səfəri zamanı verilib.

“Mən sizin ölkəniz və Azərbaycan arasında sülh sazişi bağlamağa doğru davamlı irəliləyiş əldə etdiyinizi görməkdən məmnunam. Bu saziş iki ölkəniz arasındakı münasibətləri normallaşdıracaq", - o qeyd edib.

Bayden ABŞ-ın uzunmüddətli və ləyaqətli bir sülh sazişini dəstəkləməyə hazır olduğunu vurğulayıb və əsrlər boyu davam edən münaqişəyə son qoyulacağına əminlik ifadə edib:

“Sülh sazişi bütün Cənubi Qafqaz regionuna təhlükəsizlik və sabitlik gətirəcək”. 

ABŞ Prezidenti vurğulayıb ki, indi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və sülhün fundamental prinsiplərinə sadiqliyi təsdiqləmək vaxtıdır.

"Parlaq gələcək artıq yaxınlıqdadır və mən onun qaçırılmaması üçün sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm", - məktubda deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam