Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Gəncənin və digər iki rayonun prokuroru dəyişdi-FOTOLAR

 

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Yenixeber.org-un məlumatına görə, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Gəncə şəhər prokuroru Azad Qarayev vəzifədən azad edilib. O, Lənkəran rayon prokuroru vəzifəsinə göndərilib.

Digər əmrlə Rauf Gözəlov Qazaxın prokuroru vəzifəsindən azad edilib. O, Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin edilib.

Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Rövşən Əliyev isə Qazax rayonunun prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Gəncənin prokuroru təyin edilən Rauf Gözəlov Şuşanın keçmiş icra başçısı, 1991-ci ildə Şuşada kabinetində qətlə yetirilən Mikayıl Gözəlovun qardaşı oğludur.

Fotoda Azad Qarayev

Fotoda Rauf Gözəlov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam