Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Həmin qadağa bu gecədən qüvvəyə minir -Sürücülərin nəzərinə!

 

Bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan ediləcək.

Yenixeber.org xəbər verir ki, COP29 zolaqlarına daxil olanlar inzibati məsuliyyətə cəlb ediləcəklər və 100 manat+3 bal dəyərində cərimələnəcəklər.

Artıq həmin zolaqlara avtobus zolağı statusunu verən 5.9, yəni “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılıb.

Qeyd edək ki, oktyabrın 15-də Yerüstü Nəqliyyat Agentliyi 31 oktyabradək COP29 zolaqlarına avtomobillərin daxil ola biləcəyi barədə məlumat yaymışdı.

Qurum paytaxtımızda keçiriləcək beynəlxalq tədbirdən sonra bu zolaqların silinməyəcəyini və ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün qalacağını bildirmişdi.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam