Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bu prezident tərəfdarlarının üç hərbi obyekti ələ keçirdiyini bildirib

 

Boliviyanın keçmiş prezidenti Evo Moralesin tərəfdarları Koçabamba departamentində üç hərbi obyekti ələ keçiriblər.

Yenixeber.org xəbər verir ki, bu barədə hazırkı dövlət başçısı Luis Arse teleqramda bildirib.

“Boliviya xalqının və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq ki, Evo Moralesə yaxın silahlı qruplar Koçabambada üç hərbi obyekti ələ keçiriblər, hərbçiləri və onların qohumlarını girov götürüblər və onları öldürməklə hədələyirlər”, – o yazıb.

Arse qeyd edib ki, hərbi obyektlərin ələ keçirilməsi “dünyanın istənilən yerində dövlətə xəyanət və konstitusiya quruluşuna qəsd kimi qiymətləndirilir”.

“Demokratik yolla seçilmiş hökumət olaraq, konstitusion səlahiyyətlərimiz çərçivəsində və əhalinin dəstəyi ilə ictimai asayişin bərpasına yönəlmiş tədbirləri həyata keçirməyə davam edəcəyik”, – dövlət başçısı vurğulayıb.

Daha əvvəl silahlı şəxslərin bir hərbi hissəni ələ keçirdiyi, hərbçiləri girov götürdüyü və oradakı silahları ələ keçirdiyi bildirilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam