Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

“Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib

 

Livanın “Hizbullah” hərəkatı İsrailin Təl-Əviv yaxınlığındakı hərbi kəşfiyyat bazasına yeni raket zərbəsi endirdiyini açıqlayıb.

Yenixeber.org: İdarə olunmayan raketlər İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin bir hissəsi olan və radioelektron kəşfiyyatla məşğul olan bölmənin “Qlilot” bazasına tərəf atılıb.

Öz növbəsində “The Times of Israel” qəzeti bu gün Livandan İsrailin Yuxarı Qaliley bölgəsi və Hayfa körfəzi ərazisinə azı 25 idarə olunmayan raket atıldığını yazıb.

Daha əvvəl İsrailin mərkəzindəki Tira şəhərinə raket hücumu nəticəsində 11 nəfər yaralanıb.

Qeyd edək ki, sentyabrın sonundan bəri İsrail Livanın cənubunda və Beyrutda “Hizbullah” infrastrukturlarını fəal şəkildə məhv edir. İsrail ordusu həmçinin Livanın cənubundakı sərhəd bölgəsindəki “Hizbullah” hədəflərinə qarşı məhdud quru reydlərinə başladığını da aşıqlayıb. “Hizbullah” isə hər gün İsrail ərazisinə raket zərbələri endirir.(Al Arabia)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam