Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Zakir Həsənov Slovakiyadadır -FOTOLAR

Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinakın dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.

Yenixeber.org: Müdafiə Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov "Slavin - İkinci Dünya Müharibəsi abidəsi"ni ziyarət edib. Abidə önünə əklil qoyaraq həlak olanların xatirələrinə ehtiram nümayiş etdirib.
Bratislava şəhərində Azərbaycan müdafiə naziri slovakiyalı həmkarı ilə görüşüb.
Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam