Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Fərid Seyidova GENERAL rütbəsi verildi -DOSYE/FOTO

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Fərid Seyidov bu ilin may ayında  Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

O, əvvəllər Gəncə Hərbi Prokurorluğunda müstəntiq və böyük müstəntiq, Respublika Hərbi Prokurorluğunda Ağır Cinayətlərə dair istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi olub. Bir müddət isə Qarabağ hərbi prokuroru vəzifəsini icra edib. Daha sonra Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb və may ayında həmin şöbənin rəhbəri təyin olunub.


Qeyd edək ki, Fərid Seyidov əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundandır.

 

1393665


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam