Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Azərbaycanı təbrik etdilər

“Bu gün 44 günlük Vətən müharibəsinin şanlı qələbə ilə taclandığı gündür”.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “X” hesabında Zəfər Günü ilə bağlı paylaşımında qeyd edib.

“Bu gün üçrəngli bayrağın azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür. Bu gün minarələrdən yüksələn “Allahu Əkbər” sədalarının azad Qarabağda əks-səda verdiyi gündür.

Qardaş Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, bu şanlı qələbədə şəhid olan bütün qəhrəmanlara uca Allahdan rəhmət, yaxınlarına ve döyüş yoldaşlarına başsağlığı verir, veteranlara cansağlığı, uzun və sağlam ömür arzulayıram. Qələbən mübarək olsun, qardaşım”, - deyə səfir qeyd edib.

Bununla yanaşı, İsrailin Bakıdakı Səfirliyi “X” hesabında paylaşım edərək ölkəmizi təbrik edib.

“Zəfər Gününüz Mübarək!” - deyə paylaşımda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam