Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Paşinyan üçtərəfli bəyanatı imzalamasından danışdı: “..mən bunu niyə etdim?”

 

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədə atəşkəs yaradan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı hansı situasiyada imzalamasından danışıb.
Yenixeber.org-un məlumatına görə, noyabrın 14-də parlamentdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı baş naziri Nikol Paşinyan deyib:“9 noyabr 2020-ci il tarixində bildirdim ki, hazırda heç kimin fikri ilə maraqlanmıram, məsuliyyəti öz üzərimə götürürəm və bu sənədi imzalayacağam”.

Paşinyanın fikricə, o, düzgün yol seçib.

“Düşünürəm ki, doğru şeyi etmişəm. Başqa bir sual budur ki, mən bunu niyə etdim?”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, elə vaxtlar olur ki, sadəcə məsuliyyəti öz üzərinə götürməlisən.Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanat 9 bənddən ibarətdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam