Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Samir Şərifov: "Prezident maaşların və sosial müavinətlərin artırılmasını tapşırıb"

 

Prezident İlham Əliyev Azərbaycan hökumətinə əmək haqlarının və sosial müavinətlərin artırılması ilə bağlı tapşırıq verib.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib.

"Gələn ilin büdcəsində bununla bağlı müvafiq vəsait nəzərədə tutulub", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, büdcə xərclərinin səmərəliliyi məsələsi hökuməti maraqlandıran məsələlərdən biridir: "Burada konsensus tapmalıyıq ki, xərclər necə planlaşdırılsın. Həm hökumət, həm də Hesablama Palatası vasitəsilə Milli Məclisin xərclərə nəzarəti olmalıdır".

S.Şərifov həmçinin bildirib ki, fiskal orqanların fəaliyyəti və dövlətin stimullaşdırma tədbirləri nəticəsində qeyri-neft-qaz sektorunda müsbət nəticələr var: "Ola bilər ki, qeyri-neft-qaz sektorunda vəziyyət hazırda istənilən səviyyədə deyil, ancaq bu il büdcəyə 960 milyon manat əlavə qeyri-neft-qaz gəlirləri daxil olub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam