Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Tramp ABŞ-də fövqəladə vəziyyət elan etməyə hazır olduğunu açıqlayıb

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkədən genişmiqyaslı deportasiyasını həyata keçirmək üçün federal səviyyədə fövqəladə vəziyyət tətbiq etməyə hazır olduğuna dair xəbərləri təsdiqləyib.

Yenixeber.org-un məlumatına görə, siyasətçi “Truth Social” sosial şəbəkəsindəki səhifəsində “Judicial Watch” mühafizəkar fəallar qrupunun rəhbəri Tom Fittonun “Tramp milli səviyyəli fövqəladə vəziyyət elan etməyə hazırdır və o, kütləvi deportasiyalar həyata keçirmək üçün hərbi gücdən istifadə edəcək” paylaşımını yerləşdirib və paylaşımın altına “Bu doğrudur!” şərhini yazıb.

“Axios” vurğulayır ki, bu, siyasətçinin qanunsuz miqrantları ölkədən qovmaq üçün belə tədbirlər görməyə hazır olduğunu təsdiqlədiyi ilk haldır.

Qeyd edək ki, Tramp dəfələrlə Prezident Bayden və onun administrasiyasının miqrasiya siyasətini tənqid edib.

Portal qeyd edir ki, Tramp artıq öz gələcək administrasiyasındakı vəzifələrə miqrasiya ilə bağlı sərt mövqeyi ilə tanınan namizədləri irəli sürür. Belə ki, daha əvvəl Tramp keçmiş ABŞ-nin immiqrasiya və gömrük polisinin direktoru vəzifələrini icra edən Tomas Homanı miqrasiya siyasəti və sərhəd təhlükəsizliyinə cavabdeh şəxs kimi təyin edib.(Axios)

“Axios”un məlumatına görə, ABŞ-də 11 milyon sənədsiz miqrant yaşayır və gözlənilən deportasiyalar 20 milyon ailəyə təsir edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam