Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Prezidentə sui-qəsd iddiası ilə 5 nəfər saxlanılıb

Braziliyada prezidentə sui-qəsd iddiası ilə 5 nəfər saxlanılıb
Braziliya polisi prezident Luiz İnasio Lula da Silvanı öldürməyi və hökuməti devirməyi planlaşdırdığı iddiası ilə 4 hərbçi və bir polis məmurunu həbs edib.

Yenixeber.org: Türkiyə mətbuatı məlumat verir ki, Ali Məhkəmənin hakimi Aleksandra De Moraes, xüsusi təyinatlı qüvvələrdə təlim görmüş 4 hərbçi və yüksək rütbəli bir polis məmurunun dövlət çevrilişi planlaşdırdığı iddiası ilə həbs edildiyini açıqlayıb.

"Onlar seçilmiş hökumətin vəzifəyə başlamasının qarşısını almaq, demokratiyanın sərbəst şəkildə həyata keçirilməsinə mane olmaq və Braziliya məhkəmə sisteminin nüfuzunu sarsıtmaq istəyirdilər", - deyə De Moraes bildirib.

Saxlanılan şəxlərin prezident seçilmiş Lula da Silvanı, həmçinin vitse-prezident Geraldo Alkmini və Ali Məhkəmənin hakimi De Moraesi öldürməyi planlaşdırdığı qeyd olunur.

Hüquq mühafizə orqanları mənbələrindən verilən məlumata görə, G20 Liderlər Sammitinin təhlükəsizlik missiyasında xidmət edən şübhəlilər Rio-de-Janeyro şəhərində yaxalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam