Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ali Məhkəmə: Kredit mübahisələrində hesabdan çıxarış və maliyyə arayışı mötəbər sübut sayılmır

  

Ali Məhkəməsi kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsinə dair konkret iş üzrə qərar qəbul edib.

Yenixeber.org-un məlumatına görə, qərarda qeyd edilib ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının (kreditorun) üzərinə düşür.

Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti), o cümlədən kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri əsaslı hesab edilmir.

Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam