Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Gürcüstanda hərbçilər də hökumətə qarşı bəyanat verdilər

 

Gürcüstanda vəziyyət gərginləşməkdə davam edir.

Yenixeber.org xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları ilə yanaşı, Müdafiə Nazirliyində (MN) də hökumətin avrointeqrasiyadan imtina qərarına qarşı etirazlar başlayıb.

Artıq Müdafiə Nazirliyində 50-yə yaxın əməkdaşı bu gün bəyanat imzalayaraq, ölkənin Avropa kursuna sadiqliklərini bildiriblər.

Bəyanatda bildirilir ki, Avropa və avroatlantik strukturlara inteqrasiya Gürcüstanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinin yeganə yoludur. MN əməkdaşları bəyan ediblər ki, Konstitusiyanın 78-ci maddəsində təsbit olunmuş vəzifələri (avroatlantik inteqrasiya) yerinə yetirməyi borc sayırlar və ölkənin Avropa gələcəyi naminə xidmətə davam edəcəklər.

Xatıradaq ki, Gürcüstan XİN-in 100-ə yaxın diplomatı hökumətin məlum qərarına etiraz edərək, birgə bəyanat yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam