Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Tramp BRİCS ölkələrini hədələdi

Tramp BRİCS ölkələrini gömrük rüsumları ilə hədələyib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BRİCS ölkələrini hədələyib.

Yenixeber.org: Məlumata görə, “Truth” sosial şəbəkəsindəki hesabında məsələyə münasibət bildirən Tramp BRİCS qrupuna xəbərdarlıq edib ki, əgər onlar yeni valyuta yaratsalar, ABŞ hökuməti bu ölkələrə qarşı gömrük rüsumlarını 100 faiz artıracaq.

"Biz istəyirik ki, bu ölkələr yeni BRİCS valyutası yaratmayacaqları və ya güclü ABŞ dollarını əvəz edəcək başqa valyutanı dəstəkləməyəcəkləri barədə öhdəlik götürsünlər. Əks halda, onlar 100 faiz tariflərlə üzləşəcək və böyük ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar. Onlar gedib özlərinə başqa avam tapsınlar. BRİCS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil və buna cəhd edən hər bir ölkə Amerika ilə vidalaşmalıdır”, - deyə tramp bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam