Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

KTZ: Bu ilin əvvəlindən Orta Dəhlizlə 300-cü konteyner qatarı yola salınıb

 

Sian şəhərindəki Qazaxıstan-Çin terminalından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə cari ilin əvvəlindən 300-cü konteyner qatarı yola salınıb.

Yenixeber.org xəbər verir ki, qatar “ADY Express” (Azərbaycan) və "Xi'an Free Trade Port” (Çin) ilə əməkdaşlıq çərçivəsində göndərilib.

"Qazaxıstan ərazisindən Azərbaycana gedən yubiley qatarı yükgöndərənlərin TBNM-ə marağının yüksək olduğunu və onun Çin ilə Avropa arasında sürətli və səmərəli əlaqəni təmin edən əsas nəqliyyat dəhlizlərindən biri kimi strateji əhəmiyyətini vurğulayır", - şirkət qeyd edir.

KTZ-nin məlumatına görə, ötən il TBNM vasitəsilə 11, bu ilin əvvəlindən isə artıq 300 konteyner qatarı daşınıb.

"Bu nəticə əvvəlki illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir və TBNM-in səmərəliliyinin sürətlə artdığını təsdiqləyir", - məlumatda qeyd olunur.

Bildirilib ki, Siandakı terminal TBNM-in inkişafına yeni təkan verən mühüm logistika qovşağıdır.

"Çinin müxtəlif əyalətlərindən yüklərin burada konsolidasiyası logistika proseslərini optimallaşdırmağa imkan verib və nəticədə daşımalar üzrə yüksək göstəricilər əldə edilib. Bu, KTZ-nin Çin və Azərbaycan üzrə dəmir yolu və liman administrasiyaları, eləcə də TBNM-in digər iştirakçıları ilə birgə iş sayəsində mümkün olub", - məlumatda vurğulanıb.

Hazırda TBNM vasitəsilə Çindən daşımaların həcmi iyirmi fut ekvivalentində 27 000 konteyneri ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə çoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam