Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Kadırovdan Putinin güc blokunun əsas liderlərinə sərt ittiham:"yanlış yerdədirlər"

Kadırov yenidən Çeçenistan rəhbəri olmaq İSTƏYİR

Kadırovun tənqidinə səbəb Krokusda baş verən terror aktından sonra başlayan və rəsmi məlumatlara görə, keçmiş SSRİ ölkələrindən 2 milyona yaxın insanın Rusiyanı tərk etməsinə səbəb olan miqrantlarla bağlı siyasətin gücləndirilməsi olub.

Yenixeber.org: Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin güc blokunun əsas liderlərini kəskin tənqid edərək, Rusiya rəsmilərini Ukrayna və Gürcüstanla “münasibətləri pozmaqda” ittiham edib. 

Bu barədə Rusiya mətbuatı yazıb.

“2012-ci ildən vəzifədə olan Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev və 2011-ci ildən rəhbərlik edən İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin "yanlış yerdədirlər", - Kadırov deyib. 

Onun sözlərinə görə, “Rusiya Federasiyası Daxili İşlər Nazirliyində və İstintaq Komitəsində yüksək vəzifələrdə olan şəxslər prezidentin qarşıya qoyduğu tapşırıqları “keyfiyyətcə” yerinə yetirmirlər.

Xüsusən də Kadırovun tənqidinə səbəb “Krokus”da baş verən terror aktından sonra başlayan və rəsmi məlumatlara görə, keçmiş SSRİ ölkələrindən 2 milyona yaxın insanın miqrantlara qarşı siyasətinin gücləndirilməsi olub. 

Xatırladaq ki, Çeçenistan rəhbəri oliqarx, Federasiya Şurasının üzvü Süleyman Kərimova, həmçinin Dövlət Dumasının deputatları Bexan Baraxoyev və Rizvan Kurbanova qarşı qan davası elan edib. Ramzan Kadırov iddia edir ki, həmin şəxslər ona qarşı sui-qəsd hazırlayırdılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam