Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Britaniya Gürcüstan hökumətinə dəstəyini azaldacaq -RƏSMİ

Britaniya XİN Gürcüstan hökuməti ilə dəstəyini və əlaqəsini azaldacağını açıqlayıb.

Yenixeber.org: Bu barədə Böyük Britaniya xarici işlər naziri Devid Lamminin bəyanatında bildirilib.

Britaniya XİN rəhbəri qeyd edib ki, Gürcüstan hakimiyyətinin etirazçılara və jurnalistlərə qarşı zorakılıqları qəbuledilməzdir və dayandırılmalıdır: “Bu hərəkətlər Gürcüstanın beynəlxalq imicini ləkələyir və Gürcüstanın Avropa gələcəyinə dair konstitusiya öhdəliyi qarşısında uçur”.

Nazirin sözlərinə görə, davam edən hadisələr fonunda Böyük Britaniya Gürcüstan hökumətinə bütün proqram dəstəyini dərhal dayandıracaq: “Müdafiə sahəsində əməkdaşlığı məhdudlaşdıracaq və Avropa demokratik norma və azadlıqlarından bu gedişin dayandırılmasına qədər “Gürcü Arzusu” hökumətinin nümayəndələri ilə əlaqəni məhdudlaşdıracaq”, - diplomat bildirib.

D.Lammi Böyük Britaniyanın Gürcüstan xalqının öz ölkələrinin gələcəyini seçmək hüququnu dəstəkləməkdə davam edəcəyəni vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam