Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Azərbaycan Rusiya ilə “Şimal-Cənub”la tranzit yükdaşımalarına dair saziş imzalayıb -FOTOLAR

 

Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.

Yenixeber.org xəbər verir ki, saziş nazir Rəşad Nəbiyevin Rusiyaya işgüzar səfəri çərçivəsində imzalanıb.

Məlumata görə, dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” dəhlizinin Qərb marşrutunun potensialını artırmaq, eləcə də, dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracaq və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin etməkdir.

Səfər zamanı R. Nəbiyev, Rusiya hökuməti sədrinin müavini Vitali Savelyev və nəqliyyat naziri Roman Starovoytun iştirakı ilə görüş keçirilib. Görüşdə həmçinin avtomobil daşımalarının həyata keçirilməsi üçün müzakirələr aparılıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam