Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bakı Ermənistandan ciddi addımlar GÖZLƏYİR

 

Ermənistanla postmünaqişə mərhələsində təmaslar davam edir. Burada bir neçə istiqamət var.

Yenixeber.org xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, xarici işlər nazirləri daha çox sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparırlar, mütəmadi şəkildə görüşlər keçirilir:

"Ötən il bir neçə belə görüş olub. Görüşlərarası təmaslar davam edir. Hazırda növbəti görüşün yeri və vaxtı barədə konkret razılaşma yoxdur. Güman edirik ki, 2025-ci ildə də bu proses davam edəcək", - nazir bildirib.

Ceyhun Bayramov vurğulayıb ki, saziş layihəsinin preambul hissəsi və 17 maddədən 15-i razılaşdırılıb:

"İki maddə hələ ki, tam razılaşdırılmayıb. Danışıqlar davam edir. Azərbaycan ictimaiyyəti də bilir ki, sülh sazişinin mətnindən başqa burada digər ciddi və açıq məsələ var. Bu da Ermənistanın konstitusiyasında və bir sıra normativ-hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcudluğudur. Bu istiqamətdə Ermənistandan ciddi və əməli addımlar gözləyirik. Bəyanatları və mesajların hamısını eşidirik və real addımlarda ciddi çatışmazlıq görürük", - deyə C.Bayramov qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam