Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

BMT Baş katibinin xüsusi nümayəndəsi Suriyaya qarşı sanksiyalar məsələsini mürəkkəb hesab edir


 

Suriyaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyalar məsələsi mürəkkəbdir, lakin BMT bu məsələyə diqqət yetirəcək.

Yenixeber.org xəbər verir ki, bu barədə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen "Al Jazeera" telekanalına bildirib.

"Suriyaya qarşı sanksiyalar mürəkkəb məsələdir və vaxt tələb edir. Lakin vəd edirəm ki, BMT bu məsələyə diqqət yetirəcək", - o qeyd edib.

BMT Baş katibinin xüsusi nümayəndəsi ümid edir ki, dostların və BMT-nin məsləhətləri sayəsində Suriyada səhvlərdən qaçmaq mümkün olacaq.

Q.Pedersen Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşqə artıq iki dəfə - 2024-cü ilin dekabrında və cari ilin yanvarında səfər edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam