Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Azərbaycanda təminatsız banklararası bazarın həcmi açıqlanıb

 

2024-cü ildə Azərbaycanda təminatsız banklararası bazarın həcmi 101 milyard manatı keçib.

Yenixeber.org xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

"İstinad faiz dərəcəsi də uçot faizi həddi civarında olub", - deyə o qeyd edib.

Bundan başqa, Z.Nuiyev deyib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” bank sektorunun dayanıqlığının möhkəmləndirilməsini, sığorta, qiymətli kağızlar və ödəniş sektorlarının inkişafını əsas prioritetlər kimi müəyyənləşdirir. Burada maliyyə inklüzivliyinin genişləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması, maliyyə alətlərinin diversifikasiyası, sektorun səmərəliliyinin yüksəldilməsi, korporativ idarəetmənin tətbiqi, həmçinin şəffaflıq və dayanıqlığın gücləndirilməsi kimi strateji hədəflər vurğulanır. Bundan əlavə, sənəd hər sektorun potensial bazar imkanlarını, AMB-nin keyfiyyət standartlarını və risk əsaslı nəzarət mexanizmlərini müəyyən edir. Həmçinin, rəqəmsal və dayanıqlı maliyyə, peşəkar inkişaf və əhalinin maliyyə savadlılığının artırılması kimi əsas istiqamətlərə də xüsusi diqqət yetirilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam