Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Zelenski ABŞ-a "Patriot" müqabilində neft zavodlarına bir aylıq zərbə endirilməməsi üçün şərt qoyub

Ukrayna ABŞ-ın bir aylıq “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatı təmin etməsi müqabilində Rusiyanın neftayırma zavodlarına hücumları bir ay müddətinə dayandırmağa hazırdır.

Yenixeberorg.az: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, o, ABŞ Prezidenti Donald Tramp və onun komandası ilə Rusiyanın neftayırma zavodlarına zərbələr məsələsini dəfələrlə müzakirə edib.

“Rusiyanın enerji infrastrukturumuza hücumlarından, insanlarımızı öldürməsindən, elektrik şəbəkəmizə, qaz infrastrukturumuza və neftayırma zavodlarımıza zərbələr endirməsindən sonra biz cavab verməyə bilmərik”, – Ukrayna Prezidenti vurğulayıb.

Zelenski bildirib ki, Ukraynanın Rusiya neftayırma zavodlarına hücumları dayandırması üçün iki variant var: Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandırması və ya ABŞ-ın Kiyevə “Patriot” sistemləri üçün raketlər verməsi.

“Əgər Rusiyanın neftayırma zavodlarına hücum etməməyimizi istəyirsinizsə, onlar da bizim enerji sistemimizə hücum etməməlidirlər. Digər variant isə bizə “Patriot” raketləri verməkdir. Bunun pulunu tapacağıq, söhbət yalnız yardımdan getmir, onların haqqını ödəyəcəyik”, – Zelenski bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti oktyabrın 30-da Ukraynaya 500 ədəd “Patriot” raketinin satışını təsdiqləyib. Bununla belə, Zelenski həmin raketlərin çatdırılmasının bir neçə il çəkə biləcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam