Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Avropanın 20 ölkəsi və Kanadadan Ukraynaya dəstək

 

ABŞ-ın Kiyevlə bağlı dəyişmiş siyasəti fonunda 20 Avropa ölkəsi və Kanada 3 ilə yaxındır Rusiyanın hərbi təcavüzünü dəf edən Ukraynaya yardımı davam etdirəcəklərini bəyan ediblər.

Yenixeber.org xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən qeyri-rəsmi sammitdən sonra deyib: “Biz Ukraynanı dəstəkləyirik və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirəcəyik”.

Videobağlantıya Litva, Finlandiya, Kipr, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Estoniya, Yunanıstan, İrlandiya, İslandiya, Latviya, Norveç, Portuqaliya, İsveç, Sloveniya və Çexiyanın dövlət və hökumət başçıları qoşulublar.

Makrondan başqa, görüşdə şəxsən Rumıniya prezidenti səlahiyyətlərini icra edən İlie Bolojan və Lüksemburqun baş naziri Luk Friden də iştirak edib.

Emmanuel Makron vurğulayıb ki, Ukrayna daim sülhə nail olmaq səylərində iştirak etməlidir və onun hüquqlarına hörmət edilməlidir. Bundan əlavə, onun sözlərinə görə, Avropa ölkələrinin təhlükəsizlik narahatlıqlarını nəzərə almaq lazımdır. Fransa prezidenti vurğulayıb ki, sülh davamlı olmalı və etibarlı təminatlarla müşayiət olunmalıdır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam