Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Mənsur Yavaş prezident namizədliyindən danışdı:"Xalq nə istəyirsə elə də olacaq”

Biz CHP-nin prezidentliyə namizədini müəyyən edəcək ilkin seçkilərə qarşı deyilik.

Yenixeber.org: Məlumata görə, bunu Ankara Böyükşəhər Bələdiyyə sədri Mənsur Yavaş deyib.

“Biz ilkin seçkilərə qarşı deyilik. Burada problem partiyanın enerjisini sərf etməməsidir. Biz bunun ölkə gündəmini geri itələyəcəyini düşünürdük. Yenə də xeyirli-uğurlu olsun. Qaldı ki, ölkə prezidentliyinə namizədlik üçün ərizə verməyimə. Bunlardan danışmaq hələ tezdir. Biz bütün alternativləri müzakirə etmişik və onlar həmişə gündəmdə olacaq. Bizim öz başımıza namizəd olmaq və ya olmamaq kimi bir haqqımız yoxdur. Xalq nə istəyirsə elə də olacaq”, - M.Yavaş bildirib.

Xatırladaq ki, artıq Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ölkə prezidentliyinə namizədlik üçün ərizə yazıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam